Meyvələrin
bəhsi - mədəni irsin vəsfi
Regionlarda keçirilən rəngarəng festival və
bayramlar turizmi təşviq edir
Hər il Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
və iştirakı ilə regionların adət-ənənələrinin, mədəni və iqtisadi imkanlarının nümayişi və turizmin təşviqi məqsədilə müxtəlif
festivallar keçirilir.
Bu festivallar yerli
və xarici turistlərin marağına
səbəb olmaqla yanaşı, ölkəmizin
mədəni zənginliyinin
və milli kulinariya nümunələrinin
təbliği baxımından
əhəmiyyət kəsb
edir.
* * *
2017-ci ilin noyabrında Mədəniyyət
və Turizm Nazirliyi və Göyçay Rayon İcra
Hakimiyyətinin birgə
təşkilatçılığı ilə Göyçayda reallaşan XII Nar festivalına
diplomatik korpusun nümayəndələri, yerli
və xarici turistlər qatılmışdı.
Ənənəvi festivalda nar
məhsullarının istehsalı
ilə məşğul
olan müəssisələrin
malları ilə bərabər, nardan hazırlanan maraqlı əl işləri, milli musiqi və
folklor nümunələri
nümayiş olunur, nar ilə bağlı
müsabiqələr və
oyunlar keçirilir.
* * *
Ötən ilin noyabrında
Balakən rayonunda ilk dəfə təşkil olunan Xurma festivalı
da maraqla qarşılanıb. Festival
çərçivəsində ölkəmizdə yaşayan
azsaylı xalqların
folklor kollektivlərinin
çıxışları, rayonun adət-ənənələrini
əks etdirən mədəniyyət nümunələrinin
sərgiləri və
maraqlı konsert proqramı təqdim edilib. Festivalda yerli və xarici qonaqlar üçün xurmadan hazırlanmış kulinariya
məhsulları və
kompozisiyaları, kənd
təsərrüfatı məhsullarının
sərgiləri təşkil
olunub.
* * *
Azərbaycanın əsas turizm
mərkəzlərindən sayılan Qəbələdə
keçirilən beynəlxalq
tədbirlər bölgənin
turizm imkanlarını
geniş şəkildə
nümayiş etdirir.
Ötən ilin avqustunda
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi və rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən
V Beynəlxalq Mürəbbə
Festivalı da bu qəbildən idi. Festivala 20-dək ölkədən iştirakçılar, eləcə
də ölkəmizin
30-dan çox bölgəsindən
mürəbbə istehsalçıları
qatılmışdı.
* * *
Gəncə şəhərində ötən ilin dekabrında keçirilən
IV Beynəlxalq Şərab
Festivalı da böyük marağa səbəb olub. Festivalda ölkəmizin müxtəlif şəhər
və rayonlarındakı
şərab istehsalı
müəssisələri ilə
yanaşı, Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan,
Fransa, İtaliya, Bolqarıstandan qonaqlar da iştirak ediblər. Ənənəvi festival Azərbaycanda şərab istehsalı müəssisələrinə öz
məhsullarını nümayiş
etdirmək üçün
geniş imkanlar yaradır.
* * *
Quba şəhərindəki Heydər
Əliyev adına
Mədəniyyət və
istirahət parkında
oktyabrda təşkil olunan V Alma bayramı və I Xalça festivalı da ötən ilin yaddaqalan tədbirlərindən
olub. Alma festivalında
30-dan çox ölkədən
nümayəndələr iştirak
edib. Tədbir çərçivəsində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan
şirniyyatlar və içkilər nümayiş
etdirilib. Qonaqlara ölkəmizin şimal
regionunda yaşayan azsaylı xalqların mətbəxlərini və
həyat tərzini əks etdirən stendlər təqdim olunub.
Festival iştirakçılarına Azərbaycan xalçaları və onların toxunma prosesi nümayiş etdirilib. Azərbaycan xalçalarının zənginliyi qonaqların marağına səbəb olub.
* * *
Sadalanan tədbirlər bir daha göstərir ki, Azərbaycan regionlarının turistik özəlliklərini, mədəni zənginliyini tanıtmaq üçün geniş imkanlar mövcuddur. Bu cür layihələr hər zaman turistlərin də diqqətini cəlb edir, ölkəmizə böyük maraq yaradır.
Mədəniyyət.- 2018.- 28
fevral.- S.9.