Yeni metodiki vəsaitlər çapdan çıxıb

 

 

   Mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və orada çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin dəstəklənməsində böyük əhəmiyyət kəsb edən metodiki vəsaitlərin hazırlanması Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin (MEMM) əsas vəzifələrindəndir. Ötən iki ildə 70-dən artıq müxtəlif təyinatlı vəsaitlər hazırlanaraq nəşr edilib.

   Mərkəz əməkdaşlarının hazırladığı metodiki vəsaitlərin növbəti dəsti işıq üzü görüb. Bu sıraya “Muzey işində informasiya texnologiyaları: virtual eksponatlar, internet kataloqlar”, “Muzeymuzey tipli müəssisələrin ekspozisiyalarının bədii memarlıq həlli haqqında”, “Muzeymuzey tipli müəssisələrdə ekskursiya işinin təşkili”, “Məhdud fiziki imkanlı şəxslərin sosial-mədəni həyata adaptasiyasında muzeymuzey tipli müəssisələrin rolu”, “Dərnəklərin yaradılması və fəaliyyəti”, “Şəhər (rayon) mədəniyyət mərkəzləri və onların filiallarında dram və bədii qiraət dərnəyinin təşkili”, “Nağıl otağı və nağıl guşəsi üçün təlimat”, “Uşaq musiqi və incəsənət məktəbləri üçün Azərbaycan musiqi ədəbiyyatı fənni üzrə gündəlik dərs proqramı” və digər vəsaitlər daxildir.

   Nəşrlərin regional mədəniyyət və turizm idarələrinə, musiqi məktəblərinə göndərilməsi və yerlərdə təqdimatların aparılması nəzərdə tutulub.

 

Mədəniyyət.- 2018.- 28 fevral.- S.10.