Qan yaddaşının rəngləri

 

 

   Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Ağstafa Dövlət Rəsm Qalereyasında “Xocalı faciəsini unutmayaq!” adlı rəsm sərgisi keçirilib.

   İdarənin rəisi Ramiz Quliyev tədbiri açaraq 26 fevral 1992-ci ildə Xocalıda baş vermiş qətliamdan danışıb və bildirib ki, uşaqlar çəkdikləri rəsmlərdə faciəni canlandıra biliblər. Rəsmlərdə düşmənə nifrət və Xocalıya ədalət çağırışı əks olunub.

   * * *

   Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Xocalı qətliamı uşaqların gözü ilə” mövzusunda rəsm sərgisi açılıb. Mərkəzin direktoru Reyhanə Sadıxova çıxış edərək Xocalı faciəsinin Azərbaycanın tarixinə ən dəhşətli səhifələrdən biri kimi daxil olduğunu deyib.

   * * *

   Xocalı mövzusunda daha bir sərgi Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilib. Mərkəzin direktoru Famil Rəhimov bildirib ki, sərginin təşkilində məqsəd bəşər tarixində insanlığa qarşı ən qəddar cinayətlərdən biri olan Xocalı faciəsi ilə bağlı həqiqətləri gənc nəslə çatdırmaqdır.

 

Mədəniyyət.- 2018.- 28 fevral.- S.13.