Davamlı
inkişafda muzeylərin rolu
Azərbaycan Xalça
Muzeyi 1-4 iyul tarixində
Tbilisidə keçirilən “Cəmiyyətin davamlı
inkişafı üçün muzeylər”
mövzusunda beynəlxalq forum
və regional seminarda
təmsil olunub.
Xalça
Muzeyindən bildirilib ki,
tədbir İCOM Gürcüstan Milli Komitəsi, İCOM Avropa
Alyansı, Gürcüstan Muzeylər
Assosiasiyasının təşkilatçılığı,
İCOM Azərbaycan Milli Komitəsi və
Gürcüstanın müvafiq
qurumlarının dəstəyi ilə “2018 – Avropa
mədəni irs ili”
çərçivəsində keçirilib.
Forumda
İCOM-un prezidenti Suay Aksoy, İCOM Avropa Alyansının prezidenti
Luis Raposo, Avropa Muzeylər Təşkilatları Şəbəkəsinin
(NEMO) baş katibi Julia Pagel, Gürcüstan
Milli Muzeyinin baş direktoru David Lordkipanidze, İCOM Gürcüstan Milli Komitəsinin
sədri İnqa Karaia,
İCOM Azərbaycan Milli Komitəsinin sədri,
Azərbaycan Xalça Muzeyinin
direktoru Şirin Məlikova
və digər iştirakçılar çıxış
ediblər.
Şirin
Məlikova forumda “Muzey
sahəsi: inkişafın dinamikası” adlı məruzəsində
ölkəmizin aparıcı muzeylərinin, Heydər
Əliyev Mərkəzi, Azərbaycan Xalça
Muzeyi, Milli İncəsənət
Muzeyi, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fəaliyyəti və həyata
keçirdiyi yeni layihələr,
ictimaiyyətin həyatında muzeylərin rolundan
bəhs edib.
Forum çərçivəsində
təşkil olunmuş seminarda
Azərbaycan Xalça Muzeyi,
Heydər Əliyev Mərkəzi və “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğunun gənc
əməkdaşları da iştirak ediblər.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 2.