UNESCO-da ölkəmizə böyük etimad

 

Azərbaycan 2019-cu ildə Dünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək

 

Xəbər verdiyimiz kimi, 24 iyun – 4 iyul tarixlərində Bəhreyn Krallığının Manama şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 42-ci sessiyası keçirilib. İclasda Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi altında Xarici İşlər Mədəniyyət nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.

Bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Mədəniyyət nazirliklərinin birgə məlumatında qeyd edilir ki, sessiyada UNESCO-nun “Dünya mədəni təbii irsin qorunması haqqında Konvensiyası”na (1972-ci il) aid məsələlər müzakirə edilib, eyni zamanda müxtəlif ölkələrin maddi irs nümunələri Dünya İrs Siyahısına salınıb.

Sessiyanın sonunda növbəti il üçün Dünya İrs Komitəsinin sədri 43-cü sessiyaya ev sahibliyi edəcək ölkə ilə bağlı müzakirələr aparılıb.

Yekun qərara əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev komitəyə sədr seçilib. Beləliklə, 2019-cu ildə UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına Azərbaycan ev sahibliyi edəcək. Tədbirdə dünyanın 180-dən artıq ölkəsindən nümayəndə heyətlərinin iştirakı gözlənilir.

UNESCO-nun Dünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biri hesab olunur. Dünya İrs Komitəsi dünya xalqlarının kimliyini tarixi yaddaşını ifadə edən maddi təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edir. Bu tədbirə ev sahibliyi etmək eyni zamanda komitəyə sədrlik etməklə Azərbaycan Respublikası dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaq.

Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında yürüdülən uğurlu xarici siyasət, Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi qayğısı, Azərbaycan Respublikası Xarici İşlər Mədəniyyət nazirliklərinin birgə fəaliyyəti nəticəsində ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

Qeyd edək ki, sessiya zamanı dünya irs abidələrinin mühafizəsi, İrs Fondunun büdcəsi digər məsələlər müzakirə olunub. Azərbaycan ötən il UNESCO-nun Dünya İrs Komitəsinin qərarı ilə yaradılmış İrs Fondunun Dayanıqlığı üzrə alt-komitəyə sədrlik edib cari sessiyanın ilk günündə alt-komitənin nəticələri haqda hesabatı komitə üzvlərinə təqdim edib.

Sessiyada həmçinin müxtəlif ölkələrin Dünya İrs Siyahısı ilə bağlı ümumilikdə 30  müraciəti nəzərdən keçirilib müvafiq qərarlar qəbul edilib.

UNESCO-nun Dünya İrs Komitəsi qurumun Baş Assambleyası tərəfindən seçilən 21 ölkədən ibarətdir. Komitənin ildə bir dəfə sessiyası keçirilir.

 

Mədəniyyət.- 2018.- 6 iyul.- S. 3.