“Məhəbbətlə
doğulmuşam”
Cümhuriyyətin
100 illiyi münasibətilə konsert
İyulun 4-də Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan
Niyazinin mənzil-muzeyində Xalq Cümhuriyyətinin 100 illiyi
münasibətilə tədbirlər silsiləsindən “Məhəbbətlə
doğulmuşam” adlı konsert proqramı təqdim olunub.
Niyazinin mənzil-muzeyinin
müdiri, Əməkdar mədəniyyət işçisi Rza
Bayramov giriş sözü söyləyərək
qonaqları salamlayıb.
Konsertdə sənətşünaslıq
üzrə fəlsəfə doktoru, London Musiqi
Akademiyasının LRSM lisenziyasını qazanmış
solisti, respublika müsabiqələri laureatı Vüsalə
Yusif Əmirbəyova və vokalçı, musiqişünas
Sevinc İbrahimova görkəmli bəstəkarlar Qara Qarayev,
Cövdət Hacıyev, Niyazi, Əşrəf Abbasov, Ədilə
Hüseynzadə, həmçinin gənc bəstəkar Xədicə
Zeynalovanın vətənpərvərlik ruhlu əsərlərindən
ibarət proqramla çıxış ediblər.
Sonda Sevinc İbrahimova Azərbaycan
bayrağına və Xalq Cümhuriyyətinə həsr etdiyi
müəllif mahnılarını ifa edib.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 3.