Gənc istedadlar beynəlxalq yay festivalında iştirak ediblər
Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin
20 illiyinə həsr olunmuş gənc istedadların beynəlxalq
“Burabay Yay Festivalı” (“Burabay Summer
Fest”) keçirilib.
2 iyun – 3 iyul tarixlərində keçirilən
festivalda Qazaxıstan,
Azərbaycan, Türkiyə,
Rusiya, Çin,
Belarus, Özbəkistan və
Qırğızıstandan 300-dən çox gənc istedad iştirak edib.
Festivalda ölkəmizi Qara
Qarayev adına
Mərkəzi İncəsənət
Məktəbinin şagirdləri
– respublika və beynəlxalq müsabiqələr
laureatları Nərgiz
Əliyeva (fortepiano), Zakir
Allahverdiyev (qoboy) və Fizzə Vəlizadə (kamança)
təmsil edib.
Festival günlərində
əyləncəli-maarifləndirici tədbirlər, ustad dərsləri, ekskursiyalar,
birgə konsertlər təşkil olunub. Təmsilçilərimiz festivalda konsert
proqramı ilə çıxış ediblər.
Festivalın yekunu olaraq
Astana şəhərindəki 3500 yerlik “Qazaxıstan” Mərkəzi konsert zalında qala-konsert keçirilib. Gənc
pianoçu Nərgiz Əliyeva qala-konsertdə
müxtəlif ölkələrin nümayəndələrinin
birləşmiş ansambllarının tərkibində
çıxış edib. Tədbirin yekununda Qazaxıstanın Mədəniyyət
və İdman Nazirliyi
tərəfindən ölkəmizin nümayəndələrinə
təşəkkür məktubu, diplom və
xatirə hədiyyələri təqdim edilib.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 3.