Musiqili
Teatr mövsümün ən yaxşılarını
mükafatlandırıb
Azərbaycan Dövlət Musiqili Teatrının rəhbərliyi,
hər il olduğu kimi, bu il də mövsüm sonunda bir
sıra əməkdaşlarını
mükafatlandırıb.
Teatrın mətbuat xidmətindən bildirilib ki,
“Nuri-didə Ceyhun” tamaşasında baş rolu oynayan Əməkdar
artist Pərviz Məmmədrzayev
“Ən yaxşı kişi roluna görə”, Gülnarə
Abdullayeva “Ən yaxşı qadın roluna görə”, Əməkdar
incəsənət xadimi Mehriban Ələkbərzadə
“Mövsümün ən yaxşı rejissor işinə
görə” mükafata layiq görülüb.
Elnarə Nağdəliyeva “Mövsümün sevilən
aktrisası”, Nicat Əli (Həbibov) “Mövsümün sevilən
aktyoru”, Gülnarə Əzizova “Mövsümün məhsuldar
aktyoru”, Nərgiz Kərimova “Bərpa tamaşasında
uğurlu roluna görə”, Roman Krasnov “Mövsümün ən
yaxşı balet artisti”, Təranə Əliyeva
“Mövsümün ən yaxşı xor artisti” adını
qazanıb. Yusif
Hüseynov “Mövsümün ən yaxşı
musiqiçisi”, Fəridə Aslanova “Mövsümün ən
işgüzar əməkdaşı”, Hüseyn Nağıyev
“Mövsümün ən yaxşı uşaq roluna görə”,
Tamilla Sadıqova “Teatrın dostu”, Kəmalə Novruzova
“Mövsümün ən yaxşı texniki işçisi”
nominasiyaları üzrə mükafatlandırılıb. Həmçinin
Əsgər Əsgərovun quruluşunda özbək
yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin
beş arvadı” komediyası “Mövsümün ən
yaxşı tamaşası” seçilib.
Xalq artisti Fatma Mahmudova və
Əməkdar artist Almaz Ələsgərova Xalq artisti
Hüseynağa Sadıqov adına “Büllur alma”
mükafatı ilə təltif ediliblər.
Qeyd edək ki, teatrda bu ənənənin
əsası 3 il öncə – 108-ci teatr
mövsümünün sonunda qoyulub.
Bildirək ki, Musiqili Teatr
mövsümə iyulun 15-də “O olmasın, bu olsun”
tamaşası ilə yekun vuracaq.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 5.