Lənkəran
teatrının hamilik köməyi
Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi ölkəmizin cənub bölgəsinin
mədəniyyət müəssisələrinə, özfəaliyyət
dram kollektivlərinə və xalq teatrlarına hamilik
köməyi göstərir.
Teatrın hamilik köməyi sayəsində Cəlilabad
rayon Mədəniyyət mərkəzinin Xalq teatrı 5 illik fasilədən
sonra öz fəaliyyətini
bərpa edib, həvəskar artistlərin
ifasında Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyası tamaşaya
hazırlanıb.
Lənkəran
Dövlət Dram Teatrı ilə Biləsuvar
Regional Mədəniyyət İdarəsi
arasında imzalanmış niyyət sazişinə müvafiq olaraq, teatr idarənin tabeliyində olan
mədəniyyət müəssisələrinin özfəaliyyət
teatr kollektivlərinə yaradıcı və
texniki dəstək göstərməyi
öhdəsinə
götürüb.
Lənkəranlı
sənətçilərin hamiliyi ilə
Biləsuvar Mədəniyyət mərkəzinin özfəaliyyət
teatr kollektivinin həvəskar
aktyorlarının təqdimatında “Nəsimi” tamaşası
oynanılıb, tamaşa üçün
lazım olan texniki
kömək göstərilib.
Bu
günlərdə teatrın yaradıcı heyəti Astara rayon Mədəniyyət
mərkəzində keçirilən seminarda
iştirak edərək, yerli
özfəaliyyət teatr kollektivləri üçün tamaşanın hazırlanma prosesi, o cümlədən
rol bölgüsü,
rol üzərində iş,
səhnənin bədii tərtibatı,
işıq-kölgə effektlərinin istifadə olunma xüsusiyyətləri, afişa
və proqramların hazırlanması mövzularında metodiki söhbətlər aparıb.
Sonra teatrın
truppasının ifasında yazıçı Hafiz
Mirzənin “Moskvalı gəlin” tamaşası
oynanılıb.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 5.