Mərkəzi
İncəsənət Məktəbinin rəqs qrupunun ilk məzunları
İyunun 30-da Azərbaycan
Dövlət Mahnı Teatrında Qara Qarayev adına Mərkəzi İncəsənət
Məktəbinin “Alov” rəqs qrupunun illik hesabat konserti keçirilib.
Kollektiv üçün bu konsert xüsusi məna kəsb
edirdi, çünki həmin
gün səhnədə məktəbin rəqs
bölməsinin ilk məzunları
çıxış edəcəkdilər.
Məktəbin
rəqs sinfi bu tədris
ocağına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2013-cü
il tarixli 246 nömrəli
qərarına əsasən Mərkəzi İncəsənət
Məktəbi statusu verildikdən sonra yaradılıb. Hazırda məktəbdə
üç müəllim-xoreoqraf fəaliyyət
göstərir: “Alov” rəqs qrupunun bədii rəhbəri və oğlanlar sinfinin müəllimi
Emil Pənahov, “Alov” rəqs
qrupunun qızlardan ibarət sinfinin müəllimi Səbinə Pənahova
və qızlardan ibarət “Səbinə” rəqs qrupunun müəllimi Səbinə
İsmayılova.
Tədbirin
əvvəlində məktəbin müəllimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Elmira Pənahova “Alov” rəqs
qrupunun fəaliyyəti haqqında geniş məlumat verib. Diqqətə
çatdırılıb ki, qrup ötən beş ildə
müxtəlif sənət yarışmalarında uğurla çıxış edib.
2015-ci
ildə Tbilisidə keçirilən “Qafqaz”
kubokuna dəvət alan
kollektiv orada altı,
2016-cı ildə Moskvada keçirilən
Avropa çempionatında isə üç medal
qazanıb. Kollektivin Moskva
qalibiyyəti nəticəsində 2018-ci ilin
rəqs üzrə dünya
çempionatı Azərbaycanda keçirilib.
“Alov”un uşaqları
bu yarışmada da birinci, ikinci və üçüncü yerləri tutaraq kuboklar əldə
ediblər.
Sonra konsert proqramı ilə çıxış
edən “Alov” rəngarəng rəqs
çələngi ilə izləyicilərə xoş əhval yaşadıb. Qrupu
təbrikə gələn “Dəcəl qızlar” və “Səbinə”
rəqs qrupları öz hədiyyə rəqslərini
təqdim ediblər.
“Dəcəl
qızlar” rəqs qrupunun rəhbəri, Xalq artisti Cəmilə Bayramova gənc istedadlara yeni yaradıcılıq uğurları
arzulayıb.
Sonda səhnəyə
çıxan Qara Qarayev
adına Mərkəzi İncəsənət Məktəbinin
direktoru, Əməkdar artist
Əziz Qarayusifli məzunları təbrik
edərək onlara şəhadətnamələr
təqdim edib.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 6.