Xırdalan
məktəbliləri beynəlxalq müsabiqənin qalibi
olublar
Sumqayıt Regional Mədəniyyət
İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11
illik Musiqi məktəbinin şagirdləri Türkiyədə
beynəlxalq müsabiqənin qalibi olublar.
“Kaspi ART” incəsənət və
bədii təhsil şirkətinin təşkilatçılığı
ilə online şəkildə müxtəlif nominasiyalar
üzrə keçirilən “Caspi Art İnternet Musik&Danse
Turkey” müsabiqəsinə müxtəlif ölkələrdən
yeniyetmə və gənclər qatılıb.
Müsabiqənin nəticələrinə
görə, Xırdalan şəhər Musiqi məktəbinin
şagirdləri – Nuray Mehdiyeva, Nuranə Salmanova (III sinif)
fortepiano-müşayiət nominasiyasında (müəllim
İradə Məmmədova) I dərəcəli diploma,
Bağır Babayev (VIII sinif) tar solo üzrə (müəllim
Mübariz Paşayev) II dərəcəli diploma, Aysu Yəhyayeva
(I sinif) violin solo üzrə (müəllim Esmira Mədətova)
diploma layiq görülərək müsabiqənin laureatı
adını qazanıblar.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 9.