Bəşəri
bəlanın fəsadlarından söz
açılıb
Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında “Narkomaniya
ölümə aparan yoldur”
adlı söhbət keçirilib.
MKS-nin
direktor müavini Sevgili İbrahimova
çıxış edərək bütün
bəşəriyyət üçün çox təhlükəli bəla olan narkomaniyaya
qarşı mübarizədə maarifləndirmənin,
xüsusən yeniyetmə və gənclər arasında təbliğat
işlərinin zəruriliyini vurğulayıb.
Tədbirdə iştirak
edən valideynlər də dəhşətli bəlanın
yayılması ilə övladlarının gələcəyi
üçün narahat
olduqlarını deyərək bu mövzuda daha çox tədbirlər keçirilməsinin vacibliyini qeyd ediblər.
Sonda mövzu ilə əlaqədar sərgiyə
baxış keçirilib.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 9.