Nuru paşa adına
konsert salonunda...
Bəstəkarlar Vasif və Ceyhun
Allahverdiyevlərin əsərlərindən
ibarət proqram
İyulun 3-də Türkiyənin ölkəmizdəki səfirliyinin
Nuru paşa adına konsert
salonunda əməkdar
incəsənət xadimləri
Vasif və Ceyhun Allahverdiyevlərin əsərlərindən ibarət
konsert proqramı təqdim edilib.
Tədbirdə Milli Məclisin
deputatları, mədəniyyət
və incəsənət
xadimləri iştirak
ediblər.
Konsertdə öncə Türkiyənin Azərbaycandakı
səfiri Erkan Özoral çıxış
edərək tədbirin
əhəmiyyətindən söz açıb. Konsertin iştirakçılarına təşəkkürünü bildirən diplomat hər iki bəstəkara yaradıcılığında uğurlar arzu edib.
Azərbaycan Milli Konservatoriyasının
prorektoru, professor Lalə Hüseynova bəstəkarların yaradıcılığı
haqqında məlumat verib. Bildirib ki, Ceyhun və Vasif qardaşları
müasir Azərbaycan
bəstəkarlıq məktəbinin
layiqli təmsilçiləridir.
Böyük məktəb keçiblər.
Hər iki bəstəkarın əsərləri
ölkəmizi ən ali səviyyədə
təmsil etməyə
layiqdir. Onlar musiqinin istənilən janrında özlərini tam
rahat hiss edirlər. Mahnı və romanslarında dərin məzmuna meyil edən hər iki bəstəkar
musiqinin simfonik xəttinə peşəkarcasına
yanaşırlar. Onların əsərlərində,
həmçinin türkçülük
məfkurəsi hiss edilir.
Sonra konsert proqramı
təqdim olunub. Konsertdə solistləri Xalq
artisti Fəxrəddin
Kərimovun dirijorluğu
ilə Xəzər Universitetinin kamera orkestri müşayiət edib.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 10.