Rəqslərimiz Gürcüstanda rəğbətlə qarşılanıb

 

Gürcüstanın BatumiKobuleti şəhərlərində “Dəniz harmoniyası” adlı ənənəvi beynəlxalq folklor festival-müsabiqəsi keçirilib. Festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Binəqədi Mərkəzi Mədəniyyət evinin “Köhnə Bakı” rəqs qrupunun üzvləri təmsil edib.

İdarədən bildirilib ki, qrupun təqdimatında milli rəqslərimiz xarici tamaşaçıların böyük marağına səbəb olubonlarda yaddaqalan xoş təəssürat yaradıb.

Festival-müsabiqəyə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rusiya, Ukrayna, Belarus, Latviyaİndoneziyadan 50-dən çox kollektiv qatılıb. Qaliblər beynəlxalq dərəcəli, peşəkar xoreoqraflardan ibarət münsiflər heyəti tərəfindən seçilib.

İyulun 3-də keçirilən yekun qala-konsertdə ölkəmizi təmsil edən “Köhnə Bakı” rəqs qrupu “Ən yaxşı milli rəqs” nominasiyasında 3-cü yerə, vokal nominasiyasında isə müğənni Əli Quliyev xüsusi medaldiploma layiq görülüblər.

Qara dəniz sahilində təşkil olunan ənənəvi festival-müsabiqə müxtəlif ölkələrin təhsil ocaqlarının folklor musiqisimilli rəqslərini ifa edən qrup və ansamblları bir araya gətirir.

 

Mədəniyyət.- 2018.- 6 iyul.- S. 10.