Bəstəkarlarımız müsabiqədə qalib olublar

 

UkraynadaBritish Council” və Dovjenko kino mərkəzinin dəstəyi ilə kino bəstəkarları üçün müsabiqə keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, “Envision Soundsadlanan müsabiqəyə MDB ölkələrindən 50-yə yaxın bəstəkar müraciət edib və qaliblər arasında 13 azərbaycanlı bəstəkar da var. Qaliblər xüsusi təhsil və inkişaf proqramında iştirak edəcəklər.

Beş bəstəkar Ukraynanın KiyevOdessa şəhərlərində keçirilən 8-ci “Səssiz gecələr” festivalına dəvət alıb. Həmyerlimiz Azər Hacıəsgərli də onların sırasındadır. Həmyerlimiz britaniyalı rejissor Entoni Askvitin 1928-ci ildə çəkdiyi “Yeraltı” filminə musiqi yazmaqla ona yeni nəfəs verib.

Film tamaşaçılara təqdim olunub və alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2018.- 6 iyul.- S. 10.