Əlimərdan
bəy Topçubaşovun
kitablarının təqdimatı
Əsərlər
Cümhuriyyət dövrünün öyrənilməsi
baxımından əhəmiyyət kəsb edir
İyulun
3-də Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Mərkəzi Elmi
Kitabxanasında görkəmli siyasi xadim Əlimərdan bəy Topçubaşovun
“Doğma Azərbaycanın mənafeyini
qoruyacağıq” və “Qafqaz Azərbaycanı
nümayəndə heyətinin Sülh
Konfransından tələbləri” kitablarının təqdimat mərasimi keçirilib.
AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli
tədbirin Prezident İlham
Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin
(AXC) 100 illik yubileyi ilə
bağlı sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Cümhuriyyət Parlamentinin sədri olmuş
Əlimərdan bəy Topçubaşovun
təqdim olunan kitablarını Azərbaycanın
Macarıstandakı səfiri, filologiya elmləri
doktoru Vilayət Quliyev
nəşrə hazırlayıb. AMEA-nın vitse-prezidenti
kitabların AXC dövrünün öyrənilməsi
baxımından əhəmiyyətini vurğulayıb. Diqqətə
çatdırılıb ki, V.Quliyev uzun illər
Cümhuriyyət qurucuları ilə bağlı tədqiqatlar
aparıb və dövri mətbuatda çap etdirib.
Akademik
Cümhuriyyətin Paris Sülh
Konfransında de-fakto tanınmasında Azərbaycan
nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy
Topçubaşovun diplomatik
bacarığının mühüm rol oynadığını və
sözügedən kitablarda bunun əks olunduğunu deyib.
Tədbirdə
çıxış edən Vilayət Quliyev
rus dilindən tərcümə olunan “Əlimərdan bəy Topçubaşov.
Doğma Azərbaycanın mənafeyini
qoruyacağıq” və ingilis dilindən
tərcümə edilən “Əlimərdan bəy Topçubaşov. Qafqaz Azərbaycanı
nümayəndə heyətinin Sülh
Konfransından tələbləri” kitabları barədə məlumat
verib. Bildirib ki, birinci kitabda 1919-1920-ci illərdə Topçubaşovun
Parisdən Azərbaycan hökumətinə göndərdiyi məlumatlar,
eləcə də məqalələri və
yazışmaları toplanıb. İkinci
topluda həmin dövrdə Azərbaycanın
sərhədləri, tarixi,
iqtisadiyyatı, coğrafiyası, 31 mart
soyqırımı və digər məlumatlar yer alıb. V.Quliyev AXC dövrü ilə bağlı tədqiqatlarını
davam etdirəcəyini söyləyib.
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun
şöbə müdiri, professor
Asif Rüstəmli diplomat
və alim V.Quliyevi
Cümhuriyyət dövrünün fədakar
tədqiqatçısı adlandırıb.
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov kitabda arxiv materiallarının sistemli
şəkildə oxuculara
çatdırıldığını xüsusi
qeyd edib.
AMEA-nın müxbir
üzvü Tehran
Əlişanoğlu və professor Gülər
Abdullabəyova V.Quliyevin sözün
düzünü deyən tənqidçi
olmasından, eləcə də diplomatik fəaliyyətindən
danışıblar.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 11.