Səyyar yay seminar-treninqlərinin növbəti mərhələsi
Mədəniyyət nazirinin müvafiq əmrinin icrası ilə bağlı Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq
və İxtisasartırma
Mərkəzi səyyar
seminar-treninqləri davam
etdirir.
Mərkəzin Milli Kitabxana
ilə birlikdə təşkil etdiyi növbəti tədbir iyulun 3-də Bərdədə
başlayıb. İyulun 7-dək davam edəcək
“Kitabxana işinin təşkilində innovasiyaların
tətbiqi” mövzusunda
səyyar seminar-treninqə
Bərdə, Tərtər
rayonları, Yevlax və Mingəçevir şəhərlərinin mərkəzləşdirilmiş
kitabxana sistemləri və filialların işçiləri cəlb
olunub.
Mərkəzin direktoru Ramazan Şabanov seminar-treninqi açıq elan edib. Açılışda
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, Bərdə Regional Mədəniyyət İdarəsinin
rəisi İlyas Hacıyev, Azərbaycan Yazıçılar Birliyinin
katibi, “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcid, mərkəzin əməkdaşları
iştirak ediblər.
40 saatlıq tədris planı əsasında təşkil
olunan seminar-treninqə
əhatə olunan
rayon və şəhərlər
üzrə 64 nəfər
kitabxana işçisi
qatılıb. Treninq kitabxana işi haqqında müvafiq qanunvericilik, normativ sənədlər,
informasiyalaşdırılmış cəmiyyətdə kitabxanaların
yeri və rolu, elektron kitabxana və elektron kataloqların yaradılması, kitabxana xidmətinin məzmunu və əsas vəzifələri, Avtomatlaşdırılmış
Kitabxana İnformasiya Sistemi (ALİSA) proqramının
tətbiqi və elektron xidmətlərdən istifadə
imkanı və s. mövzulara həsr olunub. Treninqi mərkəzin direktor müavini Nəzakət Rəhmanova, baş metodist Samirə Cəlilova, mütəxəssis
olaraq Milli Kitabxananın əməkdaşları
Ədibə İsmayılova,
Samirə Şabanova, Ədliyyə Akademiyası
Kitabxanasının əməkdaşı
Ruhiyyə Məmmədova
və başqa mütəxəssislər aparırlar.
Tədbir çərçivəsində
yazıçı-jurnalist Rəşad
Məcid region kitabxanaçıları
ilə görüşüb,
öz kitablarını
Bərdə MKS-yə
hədiyyə edib.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 15.