Ənənəvi
və müasir mədəniyyət:
ziddiyyətlər və hədəflər
Bakı Şəhər
Mədəniyyət Baş İdarəsinin
tabeliyindəki müəssisələrdə
çalışan gənc mədəniyyət işçiləri
üçün “Ənənəvi və
müasir mədəniyyət: ziddiyyətlər
və hədəflər” mövzusunda
debat-müzakirə keçirilib.
Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodik Mərkəzin nəzdində
yaradılmış “Gənc mədəniyyət
işçilərinin koordinasiya kreativ qrupu” tərəfindən
təşkil edilən tədbirə nazirliyin
regional idarələrinin tabe
müəssisələrinin gənc mədəniyyət
işçiləri də qatılıb.
Elmi-Metodik
Mərkəz tərəfindən ilk belə
debat 2016-cı ildə Ucar
rayonunda (Ucar, Ağdaş, Göyçay,
Zərdab və Kürdəmir rayonlarından gənclərin
iştirakı ilə) təşkil edilmiş,
pilot layihə daha sonra digər bölgələri əhatə etmişdi.
Bakıda
keçirilən debatda “Gənc mədəniyyət
işçilərinin koordinasiya kreativ qrupu”nun
Şəmkir rayonu üzrə kuratoru Tural Əliyev, Binəqədi
rayon MKS-nin işçisi Şəfiqə Ağayeva, Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları
Nurəddin Babayev, Aygün
Qasımova, Sənan Talıbov çıxış edərək
qlobal və rəqəmsal mədəniyyətlə
qədim mədəni mühitin
harmoniyasındakı proseslərdən bəhs ediblər.
Mərkəzin
direktoru Asif Usubəliyev
qloballaşma dövründə ənənəvi
və müasir mədəniyyətin
müsbət və mənfi cəhətlərini qeyd edərək, bu sahədə
həmkarlıq, əməkdaşlıq mühitinin
yaradılmasından danışıb.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 15.