Əməkdar artist Elçin Həmidovun xatirəsi anılıb
İyulun 1-də Azərbaycan Dövlət
Musiqili Teatrında Üzeyir Hacıbəylinin
“Ər və arvad” ikihissəli musiqili komediyasının nümayişi Əməkdar
artist, mərhum aktyor Elçin Həmidovun 60 illiyinə həsr edilib.
28 il Musiqili Teatrda çalışan Elçin Həmidov bu sənət ocağının səhnəsində
“Boşanaq, evlənərik”,
“Qarğa, məndə
qoz var”, “Beşmanatlıq gəlin”,
“Özümüz bilərik”,
“Subaylarınızdan görəsiniz”,
“Hərənin öz ulduzu”, “Əlin cibində olsun”, “O olmasın, bu olsun”, “Talelər qovuşanda” və başqa tamaşalarda yaddaqalan obrazlar yaradıb.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 15.