İran Milli Orkestri Gəncədə çıxış
edib
Azərbaycanda İran mədəniyyəti günləri
27-28 iyun tarixində Bakıda keçirilən
tədbirlərdən sonra
Gəncə şəhərində
davam edib.
İyunun 29-da Fikrət Əmirov
adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycanda
İran mədəniyyəti
günləri çərçivəsində
konsert təşkil edilib.
Konsertdə tanınmış dirijor Firudin Şəhbarianın bədii
rəhbərliyi ilə
İran Milli Orkestri çıxış
edib. Proqramda təqdim olunan musiqilər, o cümlədən
İranın məşhur
xanəndəsi Salar Əqilinin orkestrin müşayiəti ilə
ifa etdiyi mahnılar musiqisevərlərin
zövqünü oxşayıb.
Şərq-İran musiqisinin ən gözəl nümunələrinin yüksək
sənətkarlıqla təqdim
olunduğu konsert Gəncənin mədəni
mühiti və musiqi həvəskarları
üçün böyük
mədəniyyət hadisəsinə
çevrilib.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 15.