Şirinin
növbəti uğuru
Bakı Şəhər
Mədəniyyət Baş İdarəsinin
G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbinin 5-ci sinif
şagirdi Şirin
Əmiraslanova 25-30 iyun tarixində
Macarıstanın Budapeşt şəhərində
keçirilən Şopen adına
pianoçuların VIII Beynəlxalq müsabiqəsində uğurla iştirak edib.
İki turdan ibarət müsabiqədə Şirin III dərəcəli diploma,
hədiyyə və pul mükafatına layiq görülərək müsabiqənin
laureatı adını qazanıb. Müsabiqədə müxtəlif
ölkələrdən 3 yaş
kateqoriyası üzrə onlayn video ifalarla münsiflər
heyəti tərəfindən 40 nəfər
iştirakçı seçilib.
Professor Siala Sinamdzqvarişvilinin
yetirməsi olan Şirin
10-13 yaş kateqoriyasında xüsusi tələb olunan
proqramla yarışmada (F.Şopen,
F.Şubert və V.Motsartın əsərləri)
bacarığını göstərib.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 15.