Elektron media və sosial şəbəkələrlə
bağlı layihə
“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyi Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı ilə
reallaşdırdığı “Elektron mediada və sosial şəbəkələrdə
insan hüquq və
azadlıqlarının müdafiəsi ilə bağlı ictimai fəallığın
artırılması” layihəsi çərçivəsindəki
ikinci toplantısını Balakən rayonunda təşkil edib.
Birliyin sədri
Əvəz Rüstəmov layihə barədə məlumat verərək
bildirib ki, günümüzün ayrılmaz tərkib
hissəsinə çevrilmiş elektron media və sosial şəbəkələr öz ətrafına daha çox əhali kütləsi toplamaqdadır.
Sosial şəbəkələr artıq virtual deyil, real məkan statusundadır. Sosial
şəbəkələr vətəndaş
jurnalistikasının inkişafında mühüm
yerə sahibdir: “İstəyirik ki, qarşılıqlı diskussiyalarla
cəmiyyət elektron mediada
və sosial şəbəkələrdə
qarşıya çıxan problemləri həll etsin”.
Bildirilib ki, layihə çərçivəsində
növbəti toplantılar Masallı və Şabran
rayonlarında gerçəkləşəcək.
Layihənin eksperti,
“Jurnalist Araşdırmaları Mərkəzi”
İctimai Birliyinin sədri
Seymur Verdizadə də
çıxışında sosial şəbəkələrin
məsuliyyət yükü barədə söz açıb. Qeyd edib ki, bu
müstəvidə problemlər yetərincədir. Ekspert elektron media və sosial şəbəkələrlə
bağlı yerli və beynəlxalq
qanunvericilikdə rast gəlinən
ayrı-ayrı məqamlar, informasiya təhlükəsizliyi
və şəxsi həyatın toxunulmazlığı
baxımından nəzərə çarpan
meyllərdən bəhs edib,
iştirakçıların suallarını
cavablandırıb.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 21.