Çikaqoda gənc azərbaycanlı istedadların
iştirakı ilə musiqi gecəsi
Amerika Birləşmiş
Ştatlarının Müstəqillik Günü
münasibətilə Çikaqo şəhərində
gənc azərbaycanlı istedadların klassik
musiqi gecəsi keçirilib.
Amerikanın Orta Qərb Ştatları
üzrə Azərbaycan Mərkəzi tərəfindən təşkil
olunmuş tədbir Türk
Amerika Mədəniyyət
Alyansının binasında gerçəkləşib.
Tədbirdən əvvəl
çıxış edən gənc musiqiçilərin
müəllimi Gülçöhrə Əliyeva
uşaqların qısa müddət ərzində əldə
etdikləri nailiyyətlər və musiqi
proqramı barədə məlumat verib.
Sonra
Azərbaycan icmasının gənc üzvləri Maykl Naği (piano), Rassl Naği
(piano), Nəzrin Məmmədova (piano), Ayxan Əzimov (piano), Məryəm Əzimova (piano),
Leia Zarinebaf (piano), Araz Zarinebaf
(ud, gitara və piano) və Sabir Əliyev
(saksafon) musiqi
proqramları ilə çıxış ediblər.
Azərbaycanlı
icmasının üzvlərindən Teymur
Mehmandarov gənclərə uğurlar arzu edərək
gələcəkdə bu cür
tədbirlərə şeir gecələrinin
də əlavə olunmasının əhəmiyyətini qeyd edib.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 21.