“İki dünya”
İyulun 1-də Xətai
Sənət Mərkəzində rəssam Həsən Həsənovun
və tələbəsi Nisə Əkbərovanın “İki dünya” adlı duet sərgisi
açılıb.
Mərkəzin direktoru
Zahid Əvəzov
sərginin müəllifləri haqqında məlumat verib. Bildirib ki, sərgidə Həsən Həsənovun əsasən
impressionist, avanqard və
qarışıq texnikada çəkdiyi əsərlər,
həmçinin “Abşeron bağları”
silsiləsindən bir neçə etüdü nümayiş olunur.
Rəssamın tələbəsi,
2001-ci il təvəllüdlü Nisə
Əkbərovanın sənət təxəyyülünün
nəticəsi olan “Əhval”, “Ürək və kosmos” və
s. əsərləri sərgidə yer alıb.
Xalq
rəssamı Arif Hüseynov,
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, digər
çıxış edənlər duet sərgilərin
əhəmiyyətindən danışaraq iki
rəssam dünyasının bir arada təqdimatında
müxtəlif yanaşma tərzlərinin
nəzərə çarpdığını qeyd
ediblər.
“İki dünya” duet sərgisi üç gün davam edib.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 24.