Səyyar seminar-treninqlər Şəmkirdə davam edir

 

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq İxtisasartırma Mərkəzi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidməti ilə birlikdə abidə mühafizəçiləri üçün növbəti səyyar seminar-treninq keçirir.

İyulun 10-da Şəmkir Regional Mədəniyyət İdarəsində başlanan treninqə Şəmkir, Göygöl, Gədəbəy Daşkəsən rayonlarının 31 nəfər abidə mühafizəçisi qatılıb.

Tarixi abidələr bu gün sabah: mühafizə problemlərimövzusunda səyyar seminar-treninq iyulun 14-dək davam edəcək.

Mərkəzin direktoru Ramazan Şabanov, Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Arif Əliyev, Şəmkir Regional Mədəniyyət  İdarəsinin məsləhətçisi Sənan Məmmədli tədbirin açılışında iştirak ediblər.

40 saatlıq tədris planı əsasında təşkil olunan seminar-treninqin mövzusu bu sahə üzrə müvafiq qanunvericilik, tarix mədəniyyət abidələrinin anlayışı təsnifatı, abidələrin pasportlaşdırılması, siyahıya alınması s. məsələləri əhatə edir.

Treninqə mütəxəssis kimi AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov cəlb olunub.

 

Mədəniyyət.- 2018.- 11 iyul.- S. 6.