Oxumaqla bərabər toxumağı da öyrənək...

 

Quba rayon MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsinin əməkdaşları tərəfindən qızlar üçün “Toxumağı öyrənək” mövzusunda tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd kitabxananın kiçikyaşlı oxucularını təkcə mütaliə deyil, həm də müxtəlif əl işlərinin hazırlanmasına yönəltmək, onlarda bu sənətə olan həvəsi artırmaqdır.

Uşaq şöbəsinin oxu zal müdiri Rima Seyfullayeva kitabxananın fəal oxucularından olan qızlara rəngarəng saplar ilə yumaq düzəltməyi və ilmə atmağı öyrədib. Uşaqlar qısa müddət ərzində öyrəndiklərini göstərərək sərbəst şəkildə müxtəlif nümunələr toxuyublar. Onların əl işləri oxu zalındakı “Bacarıqlı əllər” adlı sərgiyə qoyulub.

 

Mədəniyyət.- 2018.- 11 iyul.- S. 9.