Unudulmaz təəssürat

 

Mümkünsüzlüyün bağlı qapıları sənin idrakında, mümkün olanın açarı isə sənin qəlbindədir...”

 

Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunun divarlarını nadir hallarda boş görmək olar. Burada mütəmadi olaraq təşkil edilən sərgilər rəssamlarımızın yaradıcılığı ilə yaxından tanış olmaq imkanı yaradır.

Bu günlərdə yolumu sərgi salonundan saldım. Divarlardan gənc, istedadlı teatr rəssamı Elşən Sərxanoğlunun əsərləri boylanırdı. Rəngarəng mövzulu, iriölçülü əsərlər diqqət çəkir. Əsərlərdə rəssamın özünəməxsus yolu, sənət axtarışları, eləcə müxtəlif janrların sintezi seyrçini düşüncələrə qərq edir. Əsərləri izlədikcə sanki rəssamın dünya, insan təbiət mövzusunda düşündüklərini, rənglərlə ifadə etdiklərini kitab səhifəsitək bir-bir oxumuş olursan. Rəngkarlıq heykəltəraşlıq nümunələrinin birgə nümayişi bir mütənasiblik təşkil edir.

Yer, göy, kainat, yaradılanlar... Bəşərin Yaradanın yaratdıqlarına münasibəti əksini tapıb Elşən Sərxanoğlunun əsərlərində. Məzmun mahiyyəti ilə fərqlənən sənət nümunələrini izləyərkən rəssam təxəyyülünün sonsuz çalarlarına şahid oluram. Bir qırmızı rənglərin üstünlük təşkil etdiyi rəsmlərdən gələn enerjini hiss edirəm. Tənha insan, zaman çarxı, göyə ucalan dualar, günəş insanlar - bütün bunlarmümkünsüzlüyün bağlı qapıları sənin idrakında, mümkün olanın açarı isə sənin qəlbindədirdeyən rəssamın əsərlərində öz əksini tapıb. İnsan dünyanın yükünü çəkə bilərmi? İnsanın ömür payında ona hansı yükü daşımaq missiyası verilib? Ümumiyyətlə, dünya pəncərədirmi? Məhəbbət ülvidir, yoxsa bir şahmat oyununa bənzəyir? Puç olmuş arzularınızı bir insanın timsalında tapa bilərsinizmi? Həyat xəyaldır, röyadır, yoxsa həqiqət? Nümayiş olunan əsərlərdə bu kimi suallar tamaşaçını düşündürür. Rəssamın əsərləri dünya zamanı dərk etmək üçün bizə müxtəlif düşüncə kodları verir.

Sərgidən xoş təəssüratlarla ayrılıram. Yolboyurəsm əsərləri adi əl işi deyil, beyin qəlbin məhsuludurfikrinin dəqiqliyinə əmin oluram. Vurğulamaq istədiyim digər bir məqam isə rənglərin insan psixologiyasına təsiridir. Belə bir fikir var ki, hətta insanın sevdiyi rəngə görə onun xasiyyəti, yaşam tərzi haqqında fikir söyləmək olar. Rənglər nəinki insan ömrünü daha da parlaq edir, həm onun əhval-ruhiyyəsinə təsir edir. Elşən Sərxanoğlunun rəng seçimində rəngarənglik olmasa da, oyatdığı hislər fərqlidır. Qarışıq kompozisiyalarda belə eyni rəngdən istifadə gözləri yormur...

Qeyd edək ki, Elşən Sərxanoğlunun bu günə kimi ölkəmizdə xaricdə sərgiləri təşkil edilib. Əsərləri müxtəlif muzeylərdə, həmçinin şəxsi kolleksiyalarda qorunur. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin məzunu olan fırça ustası Rəssamlar Teatr Xadimləri ittifaqlarının üzvüdür.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2018.- 11 iyul.- S. 13.