“Külək. Yel kürəsinin şahzadəsi” kitabının təqdimatı

 

Dövlət Bayrağı meydanı ərazisində yerləşən Daş salnamə muzeyində gənc yazıçı Xülya Cəfərovanın “Külək. Yel kürəsinin şahzadəsi” kitabının təqdimatı olub.

“ASAN Xidmət”, Mədəniyyət, Gənclər və İdman nazirlikləri, BMT-nin İnkişaf Proqramı və digər qurumların dəstəyi ilə təşkil olunan tədbirdə əvvəlcə iştirakçılara kitabın qəhrəmanları haqqında sorğunun əks olunduğu videoçarx nümayiş edilib.

“ASAN Könüllülük” məktəbinin rəhbəri Cahangir Hacıyev təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, təqdimatı keçirilən kitabın müəllifinin “ASAN Könüllülük” məktəbinin 15 min məzunundan biri olması sevindirici haldır.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatı Qənirə Paşayeva və digər çıxış edənlər kitab barədə fikirlərini bölüşüb və gənc yazıçıya uğurlar arzulayıblar.

Bildirilib ki, fantastika janrında olanKülək. Yel kürəsinin şahzadəsiAzərbaycan ədəbiyyatında milli superqəhrəmanların macəralarından bəhs edən ilk kitabdır. Romanda Bakının Qız qalası, Atəşgah, Yanardağ, İçərişəhər, Bayıl qəsri, Alov qüllələri s. kimi məkanları mistik bir formada oxucuya təqdim olunub.

Sonda çıxış edən müəllif tədbirin təşkilatçılarına iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, kitab “ASAN Könüllülükməktəbinin dəstəyi ilə “TEAS Press” nəşriyyat evi tərəfindən “3 alma” əmtəə nişanı ilə nəşr edilib.

 

Mədəniyyət.- 2018.- 11 iyul.- S. 15.