TÜRKSOY-un 25 yaşı
tamam oldu
Təşkilat bu illər ərzində ölkəmizlə
də bağlı çoxsaylı layihələr
həyata keçirib
İyulun 12-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
– TÜRKSOY-un 25 yaşı tamam oldu. 12 iyul
1993-cü ildə Azərbaycan,
Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Türkiyə
və Türkmənistanın
mədəniyyət nazirlərinin
iştirakı ilə
Almatı şəhərində
keçirilən toplantıda
“Türk Kültür
və Sənətləri
Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması
haqqında saziş imzalanıb.
Sonrakı illərdə Rusiya
Federasiyasının Altay, Başqırdıstan,
Tatarıstan, Tıva,
Xakas və Saxa-Yakutiya respublikaları,
Moldovanın
Qaqauz Yeri muxtar bölgəsi və Şimali Kipr Türk Respublikası təşkilata
üzv olub. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı adlanır.
TÜRKSOY təşkilatı türkdilli xalqların sosial-mədəni oxşarlığının
bir araya gətirilməsi, ortaq türk mədəniyyətinin,
dilinin, tarixinin, incəsənətinin, adət
- ənənələrinin, mədəni irsinin araşdırılması, qorunması,
inkişaf etdirilməsi,
dünyada tanıdılması
və gələcək
nəsillərə ötürülməsi
məqsədilə qurulub. Mənzil-qərargahı
Ankara şəhərində yerləşir. Təşkilatın
fəaliyyəti hər
il toplantıları
keçirilən Mədəniyyət
Nazirləri Daimi Şurası tərəfindən
müəyyən olunur.
Qurumun cari fəaliyyətinə baş katib rəhbərlik edir.
Azərbaycan Respublikasının Rusiyadakı
səfiri, keçmiş
mədəniyyət naziri,
professor Polad Bülbüloğlu
1993-2006-cı illərdə TÜRKSOY-un
ilk baş katibi olub. Hazırda TÜRKSOY-a Qazaxıstanın keçmiş
mədəniyyət naziri,
professor Düsen Kaseinov rəhbərlik edir.
Ötən 25 ildə TÜRKSOY ümumtürk
mədəni irsinin təbliği və tanıdılması, türkdilli
xalqlar, ölkə və diyarlar arasında mədəniyyət,
incəsənət sahəsində
əlaqələrin inkişaf
etdirilməsi istiqamətində
böyük işlər
görüb, çoxsaylı
layihələr həyata
keçirib. Bu layihələrin
bir çoxu ənənə halını
alaraq hər il davam
etdirilir.
TÜRKSOY
bir sıra beynəlxalq qurumlarla, o cümlədən 1996-cı ildə
birgə müqavilə
imzaladığı UNESCO ilə,
habelə Türk Əməkdaşlıq Şurası,
TürkPA, Beynəlxalq
Türk Akademiyası,
Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondu ilə sıx əməkdaşlıq edir.
Azərbaycan təşkilatın fəaliyyətində
yaxından iştirak edir. Qurumun ölkəmizlə çox sıx əməkdaşlıq telləri
var. TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı
birgə layihələr
həyata keçirib.
Son dövrdə reallaşan
mühüm tədbirlər
sırasında 2016-cı ildə
Şəki şəhərinin
“Türk dünyasının
mədəniyyət paytaxtı”
elan edilməsini,
2017-ci ildə TÜRKSOY tərəfindən
elan olunan “Molla Pənah Vaqif ili”nin
uğurla keçirilməsini,
həmçinin ölkəmizin
fəal təmsil olunduğu ənənəvi
layihələri – TÜRKSOY-un rəssamlar, fotoqraflar, bəstəkarlar və s. görüşlərini qeyd
etmək olar. TÜRKSOY tərəfindən Avropa və Amerikada, BMT-nin baş qərargahında təşkil olunan ənənəvi Novruz tədbirlərində Azərbaycan
xüsusilə fəal
iştirak edir.
Türkdilli ölkələrin teatr festivalı, rəssamların sərgiləri və digər layihələrdə iştirak Azərbaycan mədəniyyətini dünyada təbliğ etməklə yanaşı, türk mədəniyyəti nümayəndələrinin də ölkəmizdə tanıdılmasına şərait yaradır. 2009-cu ildə dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin “Koroğlu” operası TÜRKSOY-un təşəbbüsü ilə beynəlxalq layihə əsasında səhnələşdirilmişdi. Layihədə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, həm də Başqırdıstan və Tatarıstan Muxtar Respublikalarının təmsilçiləri iştirak edirdilər.
2018-ci il TÜRKSOY tərəfindən
böyük Azərbaycan bəstəkarı
Qara Qarayevin anadan olmasının 100 illiyi
şərəfinə “Qara Qarayev xatirə ili” elan edilib. Xatirə ili çərçivəsində Ankarada və Bursada
TÜRKSOY tərəfindən mərasim və konsertlər keçirilib. Bu il həmçinin Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi TÜRKSOY-da qeyd edilib. Eyni zamanda
TÜRKSOY-un 25 illiyi
ilə əlaqədar üzv ölkələrdə,
o cümlədən Azərbaycanda tədbirlər
keçirilir.
Mədəniyyət.- 2018.- 13 iyul.-
S. 3.