Cümhuriyyətin
100 illiyi Qırğızıstan
mediasında
Qırğızıstanın İctimai Teleradioyayım Korporasiyasının “Ala-Too 24” proqramında, həmçinin “Piramida”, “Eltr” televiziya kanallarında Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi haqqında qırğız və rus dillərində verilişlər yayımlanıb.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun “Slovo Kırqızstana” dövlət qəzetində dərc olunan müsahibəsində Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi, Cümhuriyyətin uğurları, respublikanın müsəlman Şərqində ilk dünyəvi, sivil və demokratik dövlət olması haqqında ətraflı məlumat verilir.
“Veçerniy Bişkek” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı “Dostların yubileyi” və “Manas” eposu bizim ümumi dilimizdə yazılmışdır” adlı məqalələr dərc olunub.
Bundan başqa,
Qırğızıstanın “Kabar”, “Ca-News”, “Akipress” və digər
informasiya agentliklərinin saytlarında Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi barədə məlumatlar verilib.
Mədəniyyət.- 2018.- 13 iyul.-
S. 4.