“Dəmir qan. Dimitri Kantemir
xanədanlığının 300 illiyi”
Rumın əsilli
məşhur alim, yazıçı və
dövlət xadiminin nəslindən bəhs
edən kitabın təqdimatı
İyulun 11-də Milli Kitabxanada Eleonora Borisovna Kantemirin “Dəmir qan. Dimitri Kantemir xanədanlığının
300 illiyi” kitabının
təqdimatı keçirilib.
Tədbiri Milli Kitabxananın
direktoru, professor Kərim Tahirov açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb.
K.Tahirov çıxışında Dimitri
Kantemir (1673-1723) haqqında
qısa məlumat verərək onun böyük yazıçı,
dövlət xadimi, alim, eyni zamanda
qədim türk, Osmanlı musiqisinə dəyərli töhfələr
verən bir bəstəkar olduğunu qeyd edib. Diqqətə çatdırılıb Dimitri
Kantemirin İstanbulda olarkən yaşadığı
evlərdən biri
2007-ci ildə bərpa
edilərək muzey kimi fəaliyyət göstərir.
Rumıniyanın Azərbaycandakı səfiri
Dan İanku çıxışında
D.Kantemiri böyük
şəxsiyyət, dövrün
tanınmış tarixçi
alimi və musiqiçisi kimi xarakterizə edib. Bildirib ki,
Dimitri Kantemirin Osmanlı imperiyası dövründə klassik türk musiqisinə verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir.
Daha sonra söz kitabın müəllifi Eleonora Kantemirə verilib. O, Bakıda
əvvəllər də
bir neçə dəfə olduğunu bildirərək, şəhərimizi
çox bəyəndiyini,
onun daha da inkişaf edərək dünyanın
ən gözəl şəhərlərindən biri
olduğunu qeyd edib. Qonaq həmçinin insanların
çox mehriban və ürəyiaçıq
olmalarını və
onu xoş qarşıladıqlarını xüsusilə vurğulayıb.
Müəllif kitabda Kantemirlər sülaləsinin keçmişdən
bugünə qədər
olan tarixini anlatdığını və
kitabı yazarkən apardığı araşdırmalar
zamanı bu nəsil haqqında maraqlı məlumatlar əldə etdiyini bildirib. Ən maraqlısı isə
odur ki, o, yarım əsr sonra Bakıda onunla eyni adı
daşıyan bacısını
tapdığını və
buna görə Azərbaycanın, Bakının
onun üçün doğma bir yer olduğunu bildirib.
Sonda Kərim
Tahirov Milli Kitabxana haqqında olan bir neçə
nəşri qonağa
hədiyyə edib. Eleonora Kantemir
isə öz növbəsində təqdimatı
keçirilən kitabdan
bir neçə nüsxəni Milli Kitabxananın fonduna bağışlayıb.
Mədəniyyət.- 2018.- 13 iyul.- S. 5.