AstanadaAvrasiyakinofestivalı başa çatıb

 

Ötən həftə Qazaxıstan paytaxtı, 20 yaşlı Astana XIV BeynəlxalqAvrasiya  kinofestivalına ev sahibliyi edib.

Festivalın saytında yer alan məlumata görə, bu il populyar fransız aktyoru Vensan Kassel, serb kinorejissoru Emir Kusturitsa, 71-ci Kann kinofestivalındaƏn yaxşı qadın rolumükafatını qazanmış qazax aktrisa Samal Eslyamova, özbək mənşəli Rusiya kino teatr aktrisası Rovşanə Kurkova, eləcə müxtəlif ölkələrdən tanınmış kino tənqidçi ekspertləriAvrasiya”nın qonağı olublar.

Əsas müsabiqə proqramının Qran-pri mükafatını M.Qarel Vaysın (Fransa) “Məclis bitdifilmi qazanıb. Milko LazarovunAğa” (Bolqarıstan, Almaniya, Fransa) filmiƏn yaxşı rejissor işi”nə görə fərqlənib. Kərim Mirhodiyev (“Səbat”, Özbəkistan) Marta Kozlova (“Annanın savaşı”, Rusiya) ən yaxşı kişi qadın roluna görə mükafatlandırılıblar. Qısametrajlı filmlər müsabiqəsində isə Suborna Senjutinin (Hindistan, Banqladeş) “Balıqların monoloqufilmi əsas mükafatı qazanıb.

Qazaxıstan mətbuatı isə festivalın müsabiqədənkənar, xüsusilə türkdilli ölkə regionların filmlərinin toplandığıKarvanbölməsində maraqlı ekran əsərlərinin nümayiş olunduğunu vurğulayır. Ürəkaçan faktdır ki, Azərbaycan kinematoqrafçılarınınHənnasadlı ilk mistik trilleri kino mütəxəssislərinin diqqətini cəlb edib. Filmin rejissoru prodüseri Elvin Abdulla qardaş ölkədə verdiyi müsahibələrindən birində deyib: “Hənnasərəb dilində təxminən iblis deməkdir. Biz filmi çəkərkən onun hər hansı festivalda iştirak edəcəyi barədə düşünməmişdik. O, bizim üçün festival layihəsi yox, kommersiya layihəsi idi. Amma festivallar bizim filmə maraq göstərirlər. Yəqin əsas səbəb demək olar ki, bütün mistik trillerlərin xristian motivləri, “Hənnas”ın isə müsəlman düşüncəsi üzərində qurulmasındadır. Əlbəttə, din çox incə məsələdir, buna görə film üzərində çalışarkən bu sahə üzrə mütəxəssisləri məsləhətçi kimi layihəyə cəlb etmişdik. Elə bu səbəbdən də film mənfi reaksiya ilə qarşılaşmır”.

 

Mədəniyyət.- 2018.- 13 iyul.- S. 10.