Cümhuriyyət tarixinin daha bir səhifəsi

 

İyulun 11-də Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1894-1899-cu illərdə anadan olmuş vətəndaşların orduya çağırılması Azərbaycan Əxzi-Əsgər Təşkilatının yaradılması haqqında qərarları ilə bağlı tədbir keçirilib.

Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev çıxışında Cümhuriyyət dövründə dövlətçilik prinsiplərindən danışıb. Bildirib ki, 1918-ci il iyulun 11-də Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cümhuriyyəti HökumətiMükəlləfiyyət əsgəriyyə ifasına dəvət haqqında qərarqəbul edib. Bu qərarla Cümhuriyyətin 1894-1899-cu il təvəllüdlü bütün müsəlman vətəndaşlarının Azərbaycan ordusuna çağırıldıqlarını bildirib. Qeyd olunub ki, həmin tarixdə verilmiş 55 saylı qərarla Gəncə Əxzi-Əsgər Dairəsi Azərbaycan Əxzi-əsgər İdarəsi adlandırılıb, ölkədə hərbi xidmətə çağırış səfərbərlik işinin təşkili mərkəzləşdirilib.

Şərqqəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı Əxzi-Əsgər İdarəsinin fəaliyyətindən, Xalq Cümhuriyyəti dövründə hərbi xidmətə çağırışın təşkili qaydalarından danışıb.

 

Mədəniyyət.- 2018.- 13 iyul.- S. 15.