Fransa jurnalı Azərbaycan haqqında
Fransanın “Lettre Diplomatique” jurnalının növbəti nömrəsi Azərbaycana həsr olunub. Jurnalda Şərq və Qərb arasında körpü rolunu oynayan ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələri, mədəniyyətlər və dinlər arasında dialoq platforması olması, həmçinin Bakının “Ekspo 2025” Dünya Sərgisinə ev sahibliyi üçün namizədliyinin irəli sürülməsindən bəhs edilir.
Azərbaycanın Fransadakı səfiri Rəhman
Mustafayev jurnalda dərc
olunan müsahibəsində 100 illiyini qeyd etdiyimiz
Xalq Cümhuriyyətinin tarixi,
nailiyyətləri, Cümhuriyyətin varisi
olan Azərbaycan Respublikasının
uğurları, Fransa
ilə əlaqələr barədə danışır.
Azərbaycanın
Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə
heyətinin rəhbəri Elçin Əmirbəyov, “Ekspo 2025
Bakı” Əməliyyat katibliyinin icraçı direktoru Pol
Foster və katibliyin üzvü Ülkər Müller jurnalda
universal sərgilərdə ölkəmizin uğurlu
iştirakı haqqında ətraflı məlumat verirlər.
Azərbaycanın
UNESCO yanında daimi nümayəndəsi səfir Anar Kərimov
və UNESCO-nun mədəniyyətlərarası dialoq
şöbəsinin müdiri Ann-Belinda Preis bu təşkilatla
ölkəmiz arasındakı əlaqələrdən,
“Bakı Prosesi”ndən bəhs edirlər.
Mədəniyyət.- 2018.- 18 iyul.-
S. 5.