Növbəti treninq Ağstafada keçirilir

 

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birlikdə keçirdiyi səyyar seminar-treninqin növbəti mərhələsi iyulun 17-də Ağstafada başlanıb.

Tarixi abidələr bu günsabah: mühafizə problemləri” mövzusunda treninqə Ağstafa Regional Mədəniyyət İdarəsi (Ağstafa, QazaxTovuz rayonları) üzrə 21 nəfər abidə mühafizəçisi cəlb olunub.

Mərkəzin direktoru Ramazan Şabanov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev, idarənin rəis müavini Gülgün Kərimov, Azərbaycan Milli Elmlər Akademiyası ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşı Xəqani Alməmmədov tədbirin açılışında iştirak ediblər.

İyulun 21-dək davam edəcək seminar-treninq 40 saatlıq tədris planı əsasında təşkil olunub. Treninq mövzu üzrə müvafiq qanunvericilik, tarix və mədəniyyət abidələrinin anlayışı və təsnifatı, abidələrin pasportlaşdırılması, siyahıya alınması və s. məsələləri əhatə edir.

 

Mədəniyyət.- 2018.- 18 iyul.- S. 6.