Mədəniyyət
Nazirliyində Çin nümayəndə
heyəti ilə görüş
Şenyanqda Azərbaycan Mədəniyyət
Mərkəzinin açılması təklif edilib
Mədəniyyət Nazirliyində Çin Xalq Respublikası Şenyanq əyaləti yerli hökumətinin Xarici işlər idarəsinin Ölkədən xaricdə Çin məsələləri üzrə ofisinin direktoru Vanq Jinqyinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin Aparat rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə qonaqları salamlayaraq iki ölkə arasında mədəni əməkdaşlığa dair müvafiq müqavilə-hüquq bazasının mövcud olduğunu qeyd edib.
Bildirilib ki, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət Nazirliyi arasında 2019-2022-ci illər üzrə mədəni əməkdaşlıq haqqında Protokol” layihəsinin imzalanması istiqamətində iş aparılır.
Sənədin iki ölkə və eləcə də regionlar arasında əməkdaşlığa böyük töhfə verəcəyi qeyd edilib.
Görüşdə Azərbaycan-Çin mədəni əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb, Şenyanq şəhəri ilə mədəni əlaqələrin inkişaf etdirilməsinə dair qarşılıqlı maraq ifadə olunub.
V.Eyvazzadə Çin və Azərbaycanın UNESCO-nun Dünya İrs Komitəsinə üzv olduqlarını və təşkilat çərçivəsində sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayıb.
Şenyanqda Azərbaycan Mədəniyyət
Mərkəzinin açılmasını təklif edən V.Jinqyinq bu istiqamətdə
əyalət hökumətinin bütün
lazımi dəstəyi göstərməyə hazır olduğunu bildirib. Mədəni əməkdaşlıq, xalqlararası anlaşma və mübadilənin genişləndirilməsi
baxımından sözügedən məsələnin əhəmiyyəti
qeyd olunub və müvafiq daxili mexanizmlər
aydınlaşdırıldıqdan sonra Çin tərəfinə rəsmi rəy
bildiriləcəyi diqqətə
çatdırılıb.
Mədəniyyət.- 2018.- 18 iyul.-
S. 9.