Laçın həsrətli
şairin xatirəsi anılıb
“Söz qonağı” Ədəbi Məclisinin üzvləri tanınmış şair Hüseyn Kürdoğlunun Xırdalan qəbiristanlığındakı qəbrini ziyarət edərək xatirəsini anıblar.
Ədəbi məclisin rəhbəri İlham Qəhrəman şairin yaradıcılığının məziyyətlərindən danışıb. Bildirib ki, onun şeirlərində Vətən həsrəti, yurd yanğısı, doğma torpağına sahib çıxmaq əzmi və gələcəyə inam təlqin olunur. Şair ötən əsrin 90-cı illərində şeirlərinin böyük bir qismini işğal olunmuş torpaqlarımızın həsrəti ilə qələmə alıb. Bu şeirlərdə fəryad da, çağırış da var. Şairin o illərdə yazdığı şeirləri oxumaq kifayətdir ki, Azərbaycan poeziyasında doğma torpağa bağlılığı, yurd sevgisini görək.
Şairin qardaşı, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı Hüseyn Kürdoğlunun doğma yurdu Laçınla bağlı xatirələri işığında fikirlərini bölüşüb.
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Zülfiyyə Eldarqızı şairin şeirlərini oxuyub.
Mədəniyyət.- 2018.- 18 iyul.-
S. 10.