Dostun varsa, bağlanış da bayramdır...

 

Adətən belə deyirlər ki, teatr mövsümünün açılışı, hər hansı tamaşanın premyerası bayramdır. Bəs teatr mövsümünün bağlanış günü necə? Axı, artıq neçə ildir ki, paytaxtın bir neçə teatrında mövsümün başa çatması bayramsayağı qeyd olunur. Əslində bu işdə məntiq var. Yəni, hər həftə bir neçə dəfə teatrsevərlərə bayram ovqatı bəxş edən yaradıcı kollektivlər məzuniyyət öncəsi öz-özlərinə bayram keçirirlər.

İyulun 15-də A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 86-cı teatr mövsümünə yekun vurdu. Həmin gün paytaxtın teatr ictimaiyyətinin mədəniyyət sahəsi üzrə media təmsilçilərinin toplaşdığı tədbirdə kuklaçılarla eyni binanı paylaşan Dövlət Yuğ Teatrı da 29-cu teatr mövsümünü tamamladı.

 

* * *

 

Kukla teatrının kollektivi mövsümün son bazar günü üç seans tamaşa oynayandan sonra, Yuğ teatrının heyəti isə mövsümün son premyerasının nümayişindən əvvəl bir araya gəlib, hətta eyni səhnəni paylaşdılar. Əməkdar mədəniyyət işçisi, Kukla teatrının direktoru (həm əvəzçilikləYuğ”un direktoru vəzifəsini icra edən) Rəşad Əhmədzadə hər iki kollektivin mövsüm ərzindəki uğurlarından, festivallardakı çıxışlarından danışdı, fəxri ada layiq görülmüş aktyorları bir daha təbrik etdi.

Qeyd etdi ki, teatrların bu uğurlarında mədəniyyətdən, daha dəqiq desək, teatrdan yazan jurnalistlərin əməyi az deyil. Çünki teatrın yaradıcılıq həyatında baş verən bütün yenilikləri məhz onlar geniş oxucu-tamaşaçı kütləsinə çatdırır, cəmiyyətdə teatr tamaşalarına maraq yaradırlar.

Hər iki teatrın baş rejissorları – “Yuğ”dan  Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Kukla teatrından Prezident mükafatçşısı Qurban Məsimov uğurlu tamaşalarla yadda qalmış mövsümün başa çatması münasibətilə kollektiv üzvlərini təbrik etdilər, hər kəsə növbəti mövsümdə daha səmərəli çalışmağı daha böyük uğurlara imza atmağı arzuladılar.

Sonra Rəşad Əhmədzadə hər iki teatrın fəaliyyətini davamlı olaraq işıqlandırmış jurnalistlərəTeatrın dostuxatirə mükafatını təqdim etdi. Zərəngiz Qayalı (AZƏRTAC), Bəhruz Niftəliyev (AzTV, “Mədəniyyətkanalı), Gülcahan Mirməmməd (“Mədəniyyətqəzeti), Xalidə Gəray (“Yeni Müsavatqəzeti) Nicat Orucov (ATV kanalı) A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrınındostuadına layiq görüldülər.  Yuğ teatrı isə teatro.az elektron portalının baş redaktoru Vidadi Qafarovu, ARB “AranfilmYaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Əliyevi, kulis.az saytının əməkdaşı Samirə Əşrəfi Ədalət qəzetiportalının əməkdaşı Sultan Mahmudovu mükafatlandırdı.

Teatrın dostuolaraq alqışlanmaq, hər dəfə salonda əyləşib seyr etdiyin səhnəyə qalxaraq ürək sözünü söyləmək qədər xoş olsa da, il ərzində fərqlənmiş teatr əməkdaşlarının da kimliyini bilmək maraqlı idi...

Beləliklə, kuklaçılardan Elmira HüseynovaSevilən aktrisa Cavid İbrahimovƏn zəhmətkeş aktyorkimi, aktyor Rauf Babayev, baş rəssam İqbal Əliyev Anar Məmmədov isə il ərzindəki səmərəli fəaliyyətə görə teatr rəhbərliyinin diqqətindən kənarda qalmadı.

Yuğ”çulardan isə 60 yaşını qeyd edən Əməkdar artist Vidadi HəsənovƏn zəhmətkeş aktyor”, Oktay MehdiyevSevilən aktyor”, Natəvan Qeybullazadə (Qeybani) “Sevilən aktrisanominasiyaları üzrə mükafatlandırıldılar. Rejissor Günay Səttar, rejissor assistenti Sabir Məmmədov, aktyor Elgün Həmidov, ədəbi hissə müdiri Elçin Cəfərov, baş mühasib Samirə Tağıyeva, səs  rejissoru Nurə Hüseynova, işıqçılar Samir Mehdiyev Yusif Adıgözəlovun çalışmalarıSəmərəli yaradıcılıq fəaliyyətinə görəfərqləndirildi.

 

* * *

 

Beləcə, eyni gündə mövsümün sonuncu yeni tamaşasını pərəstişkarlarına təqdim edən hər iki kollektiv sentyabr ayınadək öz tamaşaçıları ilə sağollaşdı.

Xatırladaq ki, Azərbaycan Dövlət Kukla Teatrı 86-cı mövsümü  M.SeyidzadəninCırtdanmənzum nağıl-pyesinin Azərbaycan dilində yeni versiyada bərpa olunmuş, rus bölməsində isə bu klassik nağıl əsasında yeni səhnə yozumu iləÜç cəsuradlı tam yeni quruluşda tamaşaları ilə bitirdi.

Dövlət Yuğ Teatrı isə 29-cu mövsümü böyük rus yazıçı-dramaturqu A.P.Çexovun əsəri əsasında Günay Səttarın quruluş verdiyiTəklif. Elçiliktamaşasının nümayişi ilə başa çatdırdı.

 

Gülcahan

 

Mədəniyyət.- 2018.- 18 iyul.- S. 11.