Azərbaycanlı alim Tehranda ədəbiyyat konfransında

 

Bakı Dövlət Universitetinin (BDU) İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov İranın paytaxtı Tehranda farsdilli ədəbiyyatın görkəmli nümayəndəsi Bidel Dehləviyə həsr olunmuş V beynəlxalq konfransda “XVI əsr farsdilli ədəbiyyatda üslub dəyişiklikləri” mövzusunda məruzə ilə çıxış edib.

BDU-dan bildiriblər ki, professor M.Kazımov 18 ölkədən alim və mütəxəssislərin qatıldığı konfransın plenar iclasına sədrlik edib. Konfransda 50-dən çox məruzə dinlənilib. Məruzələr Bidel Dehləvinin yaradıcılığı ilə bağlı fəlsəfi, ədəbi, tarixi, dinis. mövzulara həsr olunub.

Tədbirdə İranın tanınmış şairləri Əbdülcabbar Kakai, Əlirza Qəzve öz şeirlərini oxuyublar.

 

Mədəniyyət.- 2018.- 18 iyul.- S. 13.