Tarix İnstitutunda
soyqırımları ilə bağlı əlaqələndirmə
mərkəzi qurulub
Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun nəzdində türk-müsəlman xalqlarına qarşı soyqırımları problemi ilə bağlı beynəlxalq əlaqələndirmə mərkəzi fəaliyyətə başlayıb.
Bu barədə institutun direktoru, akademik Yaqub Mahmudov elmi şuranın iclasında deyib.
Diqqətə çatdırılıb ki, bu barədə qərar aprel ayında “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları və deportasiyalar” mövzusunda Qusarda keçirilən V beynəlxalq elmi konfransda qəbul olunub.
Akademik deyib ki, soyqırımı problemini daha dərindən araşdırmaq üçün dünyanın müxtəlif ölkələrindən olan alimlərin tədqiqatlarının əlaqələndirilməsi zəruridir.
Elmi şuranın qərarına
əsasən, mərkəzdə soyqırımı və deportasiyalar problemi üzrə
tədqiqatlar aparan tanınmış
mütəxəssislər fəaliyyət göstərəcək.
Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin yaratdığı Fövqəladə Təhqiqat
Komissiyasının sənədləri ermənilərin
törətdikləri soyqırımlarını ifşa edən əvəzolunmaz tarixi mənbədir. Mərkəz
dünyanın, o cümlədən
türk-müsəlman ölkələrinin
soyqırımları və deportasiyaları ilə məşğul
olan tədqiqatçılar arasında elmi əlaqə yaradacaq.
Mədəniyyət.- 2018.- 20 iyul.-
S. 5.