“Şollerin arxivi” bədii filmi nümayiş etdirilib
İyulun
19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Şollerin
arxivi” bədii filmi nümayiş olunub. Film almanların
Cənubi Qafqazda məskunlaşmasının 200 illiyi ilə bağlı çəkilib.
Tədbirdə ssenari müəllifi, quruluşçu rejissor və baş prodüser Cəlaləddin
Qasımov film barədə
məlumat verib. Bildirilib ki,
triller janrında çəkilən ekran əsərinin rejissoru Adil Qulamov, operatoru
Fahir Səmədoğlu,
montajçısı Faiq
Nağıyevdir.
Filmdə
Sabir Məmmədov, Əjdər Zeynalov, Şirzad Pirallahı, Rövşən Kərimduxt
və başqa aktyorlar rol alıblar.
Süjet xətti ötən əsrin 40-cı illərinin
əvvəlində Azərbaycanda
yaşamış alman
mənşəli Şollerlər
ailəsinin həyatı
üzərində qurulub. Filmdə alman
ailəsinin timsalında
insan dramı göstərilib, eyni zamanda, xalqımızın
multikultural dəyərlərə
sadiq qalması nəzərdən qaçmayıb.
Çəkilişlər Gəncə, Göygöl,
Tovuz və Bakıda aparılıb.
Rejissor Adil Qulamov, aktyor
Əjdər Zeynalov və digər çıxış edənlər
ekran əsərinin süjet xətti və çəkiliş prosesindən söz açıblar.
Qeyd edək
ki, 2018-ci ildə çəkilən film artıq
bir neçə beynəlxalq festivala təqdim edilib.
Mədəniyyət.- 2018.- 20 iyul.-
S. 5.