Musiqi insanı bütün
həyatı boyu müşayiət edir
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin
konfransı çərçivəsində elmi sessiyalar
keçirilib
Bakıda iyulun 16-da işə başlayan Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (İSME) 33-cü Dünya konfransı sonrakı günlərdə işini elmi sessiyalarla davam etdirdi.
İyulun 18-də Bakı Musiqi Akademiyası Opera studiyasının konsert zalında keçirilən sessiyada TÜRKSOY-un baş katibi Düsen Kaseinov türk xalqlarının musiqi ənənələrindən söz açdı. Bildirdi ki, zəngin türk musiqi mədəniyyəti alimlərin diqqətini çoxdan bəri tədqiqat obyekti kimi cəlb edir. Ərəb-müsəlman mədəniyyəti Türkiyə, Qafqaz və Mərkəzi Asiya türklərinə (türklərə, azərbaycanlılara, türkmənlərə, özbəklərə, daha az dərəcədə isə qazax və qırğızlara) böyük təsir göstərərək onların musiqi mədəniyyətində muğamın yaranmasına və yayılmasına səbəb olub. Rusiya tərəfindən ilhaq və Sibir türklərinin bir hissəsinin (altay, xakas, yakut, tuvalılar) xristianlaşdırılması da onların musiqi mədəniyyətinin gələcək inkişafına təsir göstərib.
Baş katib qeyd etdi ki, hazırda müasir türk xalqlarının musiqi mədəniyyəti zəngin və rəngarəng səs materialına malikdir. Qədim dövrlərdən üzü bəri musiqi mədəniyyəti çoxşaxəli formada inkişaf edib. Tarixin müəyyən mərhələlərində bu sahədə müəyyən dəyişikliklər də baş verib.
Məruzə müddətində türk dünyasının tanınmış ifaçılarının çıxışlarının yer aldığı videoçarx nümayiş olundu və canlı ifalar dinlənildi. Düsen Kaseinov Qırğızıstan, Qazaxıstan, Türkiyə, Yakutiya və Azərbaycandan olan ifaçıların hər birinin çıxışını şərh etdi, musiqi alətlərindən, epos qəhrəmanlarından, dünya mədəniyyətində türk xalqlarının musiqisinin yerindən söz açdı.
* * *
Həmin gün Milli Konservatoriyada davam edən Türk sessiyalarında isə musiqişünasların, musiqinin tədrisi üzrə mütəxəssislərin, professorların, həmçinin bir sıra beynəlxalq ekspertlərin iştirakı ilə məruzələr və ifalar dinlənildi. Məruzələr instrumental və vokal ifaçılığında tədris, musiqi ifaçılığında sağlam həyat tərzi mövzularını əhatə edirdi.
Konservatoriyada klassik türk musiqisi konsertləri də təqdim edildi. Qanun ifaçısı Kibele Çiftçinin, klassik kamançada Esen Biçerin, ud ifaçısı Tolga Öterin təqdim etdiyi musiqilər tədbir iştirakçıları tərəfindən
maraqla qarşılandı.
Panel iclaslarda professorlar Ali Uçan və Uğur Alpaqutun moderatorluğu ilə Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
Humanitar siyasət məsələləri şöbəsinin
müdiri Fərəh
Əliyeva, TÜRKSOY-un baş
katibi Düsen Kaseinov, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və
professor Tariyel Məmmədovun
çıxışları dinlənildi.
Vurğulandı ki, ötən il Azərbaycan Milli Konservatoriyasında keçirilən Qloballaşan
dünyada musiqi ənənələri adlı
I Beynəlxalq konfrans
İSME-nin Bakıda keçirilən 33-cü Dünya
konfransı çərçivəsində
Türk xalqlarının
musiqi dünyası ilə bağlı xüsusi sessiyaların keçirilməsinə vəsilə
olub.
Qeyd olundu ki, musiqi insanı
bütün həyatı
boyu müşayiət
edir. Musiqinin tədrisi və
gələcək nəsillərə
ötürülməsində elmin böyük rolu var. Zəngin ənənələri olan
türk musiqisi bu özəlliyi müasir dövrümüzdə
də qoruya bilib. Çıxışlarda
həmçinin konfrans
çərçivəsində ilk dəfə Bakıda təşkil edilən Türk sessiyalarının bütün türk dünyasını
bir-birinə sıx tellərlə bağlayacağını
və təşkilatın
arealını daha da genişləndirəcəyinə
inam ifadə olundu.
Davam edən panel iclaslarda Qədim türk dastanlarının yeni balet quruluşları, Türk bəstəkarların
viola əsərləri və
Nejat Başeymezlerin bəstəkarlıq özəllikləri,
Türk xalqlarının
musiqisində ortaqlıq
və fərqlilik amilləri, Dairəvi rəqslər türk xalqlarının ortaq mənəvi dəyərlərindən
biri kimi mövzularında məruzələr
dinlənildi.
Günün ikinci yarısında isə sessiyalarda 1980-ci ildə Türkiyədə
baş verən hərbi çevrilişdən
sonra hökumətin musiqi siyasəti, musiqi terapiyası ilə bağlı araşdırmalar, Bəktaşi
ocaqlarında düzənlənən
tədbirlərin dini,
sosial və kütləvi dəyərləri,
musiqi tədrisində
rənglərin effekti
problemlərinə həsr
olunan məruzələr
dinlənildi. Hər məruzədən sonra çıxışçılar
dinləyicilərin suallarını
cavablandırdılar və
mövzu ətrafında
fikir mübadiləsi aparıldı.
Lalə
AZƏRİ
Mədəniyyət.- 2018.- 20 iyul.-
S. 6.