Qarabağ müharibəsi ədəbiyyatda
“Ovçu”
romanının müzakirəsi keçirilib
İyulun 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist Yunus Oğuzun “Ovçu” tarixi romanının müzakirəsi keçirilib.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli əsərin 2016-cı ilin Aprel döyüşlərinə həsr olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, roman Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevdən bəhs etsə də, ümumən Qarabağ döyüşlərində şəhid olmuş bütün igid oğlanlarımızın əziz xatirəsinə elegiyadır.
Sonra Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Elnarə Qaragözovanın “Ovçu” romanında tarixiliklə müasirliyin vəhdəti” mövzusunda məruzəsi dinlənilib.
AMEA-nın müxbir üzvü Tehran
Əlişanoğlu, filologiya üzrə
elmlər doktoru Əlizadə Əsgərli
və digər çıxış edənlər “Ovçu” romanı haqqında fikirlərini
bölüşüblər.
Mədəniyyət.- 2018.- 20 iyul.-
S. 7.