Nizami irsinin
araşdırılmasına dəyərli töhfə
“Mütərcim” nəşriyyatında filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevin “Nizami yaradıcılığında zərdüştilik” kitabı çapdan çıxıb.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildirilib ki, monoqrafiyada dahi şairin beş poemasından nümunələr əsasında ölkəmizdə ilk dəfə Nizami yaradıcılığında zərdüştilik elementləri geniş şəkildə tədqiq edilib. Monoqrafiya Nizami irsinin araşdırılmasına yeni töhfə hesab oluna bilər.
İ.Quliyev, həmçinin bu sahədə əcnəbi alimlərin yanaşmalarına da öz münasibətini bildirib. Əsərdə zərdüştilik görüşləri ilə yanaşı, bu dinə xas ehkamlar, ayinlər, mərasimlər və terminlər ilk dəfə sistemli şəkildə araşdırılıb. Kitab Nizami Gəncəvinin əsərlərinin farsca orijinalı əsasında yazılıb.
AMEA Əlyazmalar İnstitutunun
elmi şurasının qərarı ilə
nəşr olunan monoqrafiyanın elmi redaktorları akademik Teymur Kərimli və professor
Rafiq Novruzovdur.
Mədəniyyət.- 2018.- 20 iyul.-
S. 15.