“Müstəqillik dövrü Azərbaycan romanı” kitabının təqdimatı

 

İyulun 18-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami əl Aydinin “Müstəqillik dövrü Azərbaycan romanı” kitabının təqdimatı olub.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli misirli alimin monoqrafiyasının müstəqillik dövrü Azərbaycan ədəbiyyatının öyrənilməsində əhəmiyyətindən danışıb. Bildirilib ki, kitabda müstəqillik dövrü Azərbaycan ədəbiyyatında roman janrı mövzu, problematika və sənətkarlıq məsələləri kontekstində təhlil olunub.

Qeyd olunub ki, kitabda İsmayıl Şıxlının “Ölən dünyam”, Əzizə Cəfərzadənin “Zərrintac-Tahirə”, “Eşq sultanı”, “Xəzərin göz yaşları”, Anarın “ qoç, qara qoç”, Sabir Əhmədlinin “Axirət sevdası”, “Kef”, “Ömür urası”, İsa Muğannanın “İsahəq, Musahəq”, “Cəhənnəm” və digər yazıçılarımızın əsərləri təhlil olunub.

Həmçinin müstəqillik dövrü Azərbaycan nəsri Misirdə eyni illərin müvafiq ədəbi örnəkləri ilə müqayisəli şəkildə araşdırılıb, Nəcib Məhfuz, Yusif İssibayi, Əbdürrəhman Nasifbaşqa yazıçıların yaradıcılığı fonunda müasir ərəb romanları ilə təhlillər aparılıb.

 

Mədəniyyət.- 2018.- 20 iyul.- S. 15.