Paytaxtımızda
növbəti müəllif mahnısı və poeziyası
festivalı
Bakıya
şeirlər həsr etmiş rusiyalı şairin yubileyi
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında XIII Beynəlxalq müəllif mahnısı və poeziyası festivalı keçirilib. Ənənəvi festival bu dəfə məşhur şair, Rusiyada müəllif mahnısı janrının yaradıcılarından biri olan Aleksandr Qorodnitskinin 85 illik yubileyinə həsr edilib.
Festivalın fəxri qonağı, tanınmış bakılı, Rusiyanın TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman çıxış edərək Aleksandr Qorodnitskini yubiley münasibətilə təbrik edib. Vurğulayıb ki, Azərbaycanın paytaxtı bütün zamanlarda beynəlmiləl və qonaqpərvər şəhər olub.
Mixail Qusman onu da diqqətə çatdırıb ki, Aleksandr Qorodnitski Bakıya bir neçə şeir həsr edib.
Yubilyar tamaşaçıların alqış sədaları altında bir neçə kompozisiya ifa edib. Onların sırasında Mixail Qusmana həsr olunmuş şeirə hazırlanmış kompozisiya da maraqla qarşılanıb.
Gecədə Sahib
Məmmədov, Ülviyyə Axundova, Samir Rəcəbov, Səidə Sübhi, Vəfa Məmmədova, Elxan Çələbiyev, Eldar
Əsədov, Rusiya və Gürcüstandan
gəlmiş qonaqlar – Natalya
Kapranova, Sergey Oleynik, Dmitri Kurilov, İneş Bure, İrina Paroşina və digərləri də
tamaşaçıları öz şeir və mahnıları ilə
sevindiriblər.
Mədəniyyət.- 2018.- 25 iyul.-
S. 2.