Milli
Mətbuat Günü ilə bağlı tədbirlər
Zərdab rayon Mərkəzi kitabxanasında 22 iyul - Milli mətbuat və jurnalistika günü münasibətilə tədbir keçirilib. MKS-nin direktoru Nailə Əliyeva, Mərkəzi kitabxananın şöbə müdirləri Gülzar Qasımova, Mehparə Səfərəliyeva, Rəqibə Qasımova çıxış edərək 1875-ci ildə böyük maarifpərvər alim Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə əsası qoyulmuş milli mətbuatımızın keçdiyi yoldan və müasir dövrdə fəaliyyətindən bəhs ediblər.
Zərdab rayon MKS-nin 20 saylı Gəndəbil kənd kitabxana filialında da Milli mətbuat günü ilə əlaqədar tədbir keçirilib. Kitabxana filialının müdiri Dürriyə Abdullayeva, dil-ədəbiyyat müəllimi Həsrət Əsgərov və digər çıxış edənlər “Əkinçi” qəzetinin yaranma tarixindən bəhs ediblər.
* * *
22 iyul - Milli mətbuat və jurnalistika günü münasibətilə Oğuz rayon Mərkəzi kitabxanasının oxu zalında oxucu konfransı keçirilib.
“Oğuz yurdu“ qəzetinin redaktoru N.Hüseynli milli mətbuatın yaranma
tarixindən danışıb. Şəki Regional
Mədəniyyət və Turizm İdarəsinin
Oğuz rayonu üzrə
baş məsləhətçisi
U.Baxışova çıxış edərək mətbuat
işçilərini peşə bayramı münasibətilə
təbrik edib. Mərkəzi
kitabxananın əməkdaşı A.Cəfərovanın “Milli mətbuatımızın tarixi”
başlıqlı məruzəsi dinlənilib.
Mədəniyyət.-2018.- 25 iyul.-
S. 7.