Bakıda folklor-rəqs festivalı

 

İyulun 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və “Riad pronun təşkilatçılığı ilə “Uşaqlar gələcəyimizdir” devizi altında Beynəlxalq folklor-rəqs festivalının açılışı olub.

Festivalın keçirilməsində əsas məqsəd uşaq-gənclər folklor yaradıcılığının inkişafı, xalqlar arasında mədəniyyət və dostluq körpülərinin qurulmasıdır.

Tədbirin açılışında “Aysel” və “Cahan” (Azərbaycan), “Vardiza” (Gürcüstan) və “Bobby dance academy” (Hindistan) rəqs kollektivləri rəngarəng və maraqlı rəqs nömrələri təqdim ediblər. Rüstəm Zeynallının idarəçiliyi ilə “Şeronqrupunun çıxışı ilə gecəyə yekun vurulub.

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən qonaqlar Bakının gözəlliyinə valeh olduqlarını bildirib, festivalın yüksək səviyyədə təşkilindən razılıq ifadə edib, bir-birinə milli suvenirlər bağışlayıblar.

Festivalın iştirakçılarına xatirə plaketləri təqdim edilib.

 

Mədəniyyət.- 2018.- 25 iyul.- S. 8.