“Məqsədimiz
Azərbaycanda kaskadyorluğu inkişaf etdirməkdir”
“Bir
Hollivud və iki Bollivud filmində iştirak
etmək üçün dəvət
almışıq”
İyulun 20-də Azərbaycanda peşəkar kaskadyor sənəti ilə məşğul olan, Beynəlxalq Nomad Stunts “Peşəkar kaskadyorlar” qrupunun Azərbaycandakı nümayəndəsi, idmançı, aktyor Sain Fərhad Fərmanlının rəhbərliyi ilə “Sain’s Action Team” kaskadyorlar komandasının mətbuat konfransı keçirilib.
Sain Fərhad
Fərmanlı komanda barədə məlumat verib. Qeyd olunub ki, qrupa Vüqar
Məmmədov, Emin Abışov, Tural Şirməmmədov, Orxan
Xəlilli, Sain Fərhad Fərmanlı, həmçinin bir xanım (Aytac Əliyeva) daxildir.
Bildirilib ki, “Sain’s Action Team”in əsas məqsədi film sənayesində
“Action” janrının inkişafı,
döyüş növlərinin
təbliği, aktyorların
döyüş səhnələri
üçün hazırlanması,
döyüş səhnələrinin
xoreoqrafiyası, kaskadyorluq
və idmanın təbliğidir.
“Yeddiillik fəaliyyətimiz
ərzində təkcə
Azərbaycanda deyil, həmçinin xaricdə
filmlərə çəkilmişik. Bir Hollivud, iki Bollivud
filminə dəvət
almışıq. Bu böyük layihəni reallaşdırmağı planlaşdırırıq.
Layihə çərçivəsində
Hollivud ulduzları dəvət olunacaq. Bu yaxınlarda Qazaxıstanda
“Tomiris” filminin çəkilişlərində iştirak etdik. Bu filmin döyüş
səhnələri vasitəsilə
2020-ci ildə “Taurus Awards” mükafatını
almağı hədəfləmişik”,
- deyə Sain Fərhad Fərmanlı bildirib.
O daha sonra deyib:
“Bizim əsas məqsədimiz Azərbaycanda
kaskadyorluq sahəsini inkişaf etdirmək, gələcəkdə bu sahədə savadlı və təcrübəli kaskadyorlar yetişdirməkdir.
Hazırda Qazaxıstan istehsalı
olan növbəti filmdə döyüş səhnələrində iştirak
üçün dəvət
almışıq”.
Qazaxıstanın Azərbaycandakı səfirliyinin
birinci katibi Nurbek Aımaşov çıxışında “Tomris”
filminin çox böyük uğur qazanacağına əminlik
ifadə edib. O, Sain Fərhad Fərmanlıya və komandasına təşəkkür edib,
azərbaycanlı aktyor-kaskadyorların
belə böyük layihədə iştirakını
yüksək qiymətləndirib.
Diplomat bildirib ki,
belə layihələr
iki ölkə arasında mədəni əlaqələrin inkişafına
töhfə verəcək.
Qeyd olunub ki, peşəkar komandası ilə Qazaxıstanda yeni tarixi film üzərində
(döyüş səhnələri
üzrə) hazırlıq
işləri ilə məşğul olan Sain Fərhad Fərmanlı Azərbaycanda
da bir sıra
məşhur filmlərdə
döyüş səhnələrinin
xoreoqrafı və aktyor kimi yer
alıb. Həmin filmlərdən
“Əli və Nino”, “Qorxma,
mən səninləyəm. 1919” və s.
göstərmək olar.
Mədəniyyət.- 2018.- 25 iyul.-
S. 11.