QafqazGürcüstana və Azərbaycana kulinar səyahət”

 

Londonda yaşayan məşhur aşpazın kitabı Almaniyada nəşr olunub

 

Almaniyada alman dilində “QafqazGürcüstana və Azərbaycana kulinar səyahət” adlı kitab nəşr olunub. Kitabın müəllifi Ukrayna əsilli Londonun məşhur baş aşpazı Olqa Herkulesdir.

Gürcüstan Milli Kitab Mərkəzinin yaydığı məlumatda vurğulanır ki, artıq Avropa qurmanları alman dilində Gürcüstan və Azərbaycan mətbəxi ilə tanış ola biləcəklər. KitabKnesebeck Verlagalman ədəbi nəşriyyatında işıq üzü görüb.

Qeyd edək ki, Olqa Herkules Ukrayna mətbəxi haqqında kitab yazan beynəlxalq dərəcəli ilk aşpaz hesab olunur. Hər ayGuardian” qəzetində onun reseptləri dərc olunur.

 

Mədəniyyət.- 2018.- 25 iyul.- S. 16.